İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb AzPolitika onlayn …
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu