İmişlidə ölümlə nəticələnən yol qəzası olub

22.11.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil və rayonun Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun idarə etdiyi "Hyundai" markalı minik maşını toqquşub. Qəza nəticəsində Əldursun İsayev ölüb. Xəsarət alan Vüsal Qənbəralıyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью