İmişlidə ölümlə nəticələnən yolnəqliyyat hadisəsi olub

22.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Məzrəli kənd sakini Əldursun Feyruz oğlu İsayevin idarə etdiyi "Toyota" markalı avtomobil və rayonun Aranlı kənd sakini Vüsal Teyyub oğlu Qənbəralıyevin sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub.

Qəza nəticəsində Əldursun İsayev ölüb, xəsarət alan Vüsal Qənbəralıyev isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью