Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Ötən mövsüm Premyer Liqada debüt edən və ilk ilində liqada qalmağı bacaran “İmişli” baş məşqçisi Jorj Jaşkilya ilə vidalaşdı. Portuqaliyalı mütəxəssislə müddəti başa çatan müqavilə uzadılmadı.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “İmişli” bu həftə baş məşqçi məsələsini yekunlaşdırmaq niyyətindədir. Bölgə klubu bir neçə əcnəbi mütəxəssislə danışıq aparmasına baxmayaraq, şərtlərdə anlaşma əldə edilməyib.
İstiqaməti yerlilərə çevirən “şirlər” yaxın zamanda baş məşqçi mözusuna yekun vurmaq istəyir. Çempionatın startına iki aydan az vaxt qalıb və klub transfer, toplanış və digər məsələlərin yubadılmaması üçün danışıqları sürətləndirib.
“İmişli” ötən mövsüm Premyer Liqanı 9-cu sırada bitirib.
Şahin Cəfərov