İmişlidə qəza oldu Ata və oğlu öldü

15.11.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğul ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub. Nəticədə motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью