İmişlidə şəhid ailələri yaşayan kənddaxili yollar asfaltlanıb | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli daim diqqətdə saxlanılır.
“Report”un Muğan bürosu xəbər verir ki, Vətən müharibəsi şəhidləri Şahbazov Abas Cavad oğlu və Mehtizadə Rüfət İsrayıl oğlunun ailə üzvlərinin yaşadığı rayonun Qulubəyli kəndində kənddaxili yollara yeni asfalt örtük salınıb.
Sözügedən ərazidə layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və avtomobil yoluna yeni asfalt örtüyü döşənərək istifadəyə verilib.
Həmçinin əsaslı təmir işləri İmişli şəhərində, şəhid Emin Süleymanovun adını daşıyan küçənin avtomobil yollarında da aparılıb.
Bizim WhatsApp kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu