Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İmişli, 16 avqust, AZƏRTAC
İmişli rayonunda ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 17:00 radələrində İmişli rayonu Məzrəli kəndində qeydə alınıb.
Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.
Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müxbir-Aydın Yavərzadə