İmişlidə təkər sexində partlayış: 2 nəfər yaralanıb

17.08.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az-ın xəbərinə görə,hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb.

Sexdə "Man" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.

Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью