İmişlidə ticarət obyektindəki yanğın söndürülüb, zərərçəkən yoxdur YENİLƏNİB

23.06.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

İlkin məlumata görə, bir dam altında yerləşən və ümumi sahəsi 250 kvadratmetr olan 8 obyekt yanğından zərər görüb.

İmişli Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanğınla əlaqədar xəstəxanaya müraciət daxil olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью