İmişlidə toy mərasimində bıçaqlanma hadisəsi baş verib

04.05.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İmişli rayonunun Qulubəyli kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, kənd sakini, 1997-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Tarverdiyev bıçaqlanıb.

Yaralı dərhal Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью