Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İmişli rayonu Rəsullu kənd ərazisində traktor velosiped sürən 5 yaşlı uşağı vurub.
XQ-nin məlumatına görə, Məhəddin İnsaf oğlu Mustafayev idarə etdiyi "T428" markalı traktor ilə hərəkətdə olan zaman həmin yolda velosiped sürən 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilzadəni vurub.
Nəticədə 5 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı İmişli rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.