İmişlidə tütündən istifadə qaydalarını pozanlar cərimələndi

05.03.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmişli rayonu ərazisində tütündən istifadə qaydalarını pozan və küçəni zibilləyən şəxslər cərimələnib.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər müəyyən olunub. 

Qanunvericiliyin tələblərini pozan 5 nəfər barəsində İXM-nin 212.1-ci maddəsinə əsasən protokol tərtib olunub və onların hər biri inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью