İmişlidə yanan ot tayası traktorun qoşqusunu da alışdırdı VİDEO

22.05.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayonu ərazisində traktorun qoşqusu və ot tayası yanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 20-də səhər saatlarında Bəhrəmtəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus traktordakı  quru ot bağlamaları anidən alışmağa başlayıb. Alov qısa zamanda traktorun qoşqu hissəsinə keçib. Yaxınlıqda olan vətəndaşlar dərhal yardım göstərərək yanan qoşqunu traktordan ayırıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Yanğın nəticəsində traktorun qoşqusu yararsız vəziyyətə düşüb. 

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.   

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью