İmişlidə yanğın baş verən evdə meyit aşkarlanıb

26.01.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İmişli rayonunda evdə yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat saatlarında İmişli şəhəri Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Sürahi Quliyevaya məxsus ümumi sahəsi 77 kvadratmetr olan 3 otaqlı evdə başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində evin 27 kvadratmetr sahəsi yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı bir kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib. Ölən şəxsin həmin evdə kirayə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью