İmişlidə yanmış evdən meyit aşkarlanıb

11.04.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişlidə ev yanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qaralar kəndində qeydə alınıb.

Qaralar kənd sakini, Abşov Akif Mədət oğluna məxsus fərdi yaşayış evi yanıb. Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparıır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью