Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
İmişli rayonunun Qızılkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.