Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İmişli rayonunda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayonun Sarxanlı bələdiyyəsi tərəfindən 5 hektar, 6 hektar və 10 hektar torpaq sahələri kənd təsərrüfatı (heyvandarlıq) üçün hərraca çıxarılacaq.
Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahələri üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində mayın 7-də baş tutacaq.