İmişlidə yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək AzPolitika onlayn siyasiictimai qəzet

08.12.2024

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İmişli rayonunda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, İmişli bələdiyyəsi tərəfindən 361 kvadratmetr torpaq sahəsi fərdi yaşayış evi üçün hərraca çıxarılacaq.

Həmçinin rayonunun Məzrəli bələdiyyəsi tərəfindən 6 hektar torpaq sahəsi kənd təsərrüfatı üçün hərraca çıxarılacaq.

Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahələri üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində dekabrın 23-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью