İmişlidə yol polisi iki uşağı məktəbin qarşısında vurub öldürdü DİN dən AÇIQLAMA VİDEO

18.01.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. 

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью