Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.
"Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub.
Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
İmişli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, alının kəsilmiş, sıyrılmış yarası, bud sümüyünün orta aşağı üçdə birinin qapalı qəlpəli yerdəyişən sınığı, sol diz qapağının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti ağır qiymətləndirilən 1956-cı il təvəllüdlü şəxs zəruri tibbi yardım göstərildikdən sonra Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1974-cü il təvəllüdlü şəxs isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.1995-ci il və 1975-ci il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.