İmişlidə yol qəzası olub, ölən var

10.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

İmişlidə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda, İmişli rayonunun Əlyetməzli kəndində qeydə alınıb. "Mercedes" və "Ford tranzit" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Əlyetməzli kənd sakini, 1975-ci il təvəllüdlü Mehdiyev Əhməd Yaqub oğlu İmişli rayon xəstəxanasına yerləşdirlib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью