İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var

15.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

İmişli, 15 avqust, AZƏRTAC

İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Xubyarlı kəndi ərazisindən keçən hissəsində Tural Xəlilovun idarə etdiyi "VAZ" markalı avtomobil digər nəqliyyat vasitəsinə dəyərək idarəetməni itirib və yoldan çıxıb.

Hadisə nəticəsində "VAZ"-ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью