Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
İmişli, 9 noyabr, AZƏRTAC
İmişli rayonunda yük və minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Aydın Yavərzadə