İmişlidə yol qəzası olub, xəsarət alanlar var AZƏRTAC

10.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İmişli, 10 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda minik avtomobili və motosikletin toqquşması ilə nəticələnən yol qəzası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 8 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı xəsarət alanlar Elnur Mustafayev və Araz Babayev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərildikdən sonra Şirvan şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью