Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə axşam saatlarında 28 May küçəsində qeydə alınıb.
Cəlal İmanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən piyada Azad Tağıyevi vurub. Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.