İmişlidə yol qəzasında ata və oğlu öldü KONKRET | Icma.az
Icma.az, Konkret.az saytına istinadən bildirir. İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və o
KONKRET.az xəbər verir ki, hadisə saat 17 radələrində İmişliyə giriş avtomobil yolunda qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı minik maşını və “İj” markalı motosiklet toqquşub.
Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb.
Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.//APA Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu