İmişlidə yol qəzasında ata və oğlu ölüb

15.11.2024

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğlu ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 17 radələrində İmişliyə giriş avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью