İmişlidə yol qəzasında ata və oğulu ölüb

15.11.2024

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğul ölüb.

AYNA Azərtac-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində qeydə alınıb.

"Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub. Nəticədə motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb.

Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью