İmişlidə YPX maşını qəza törədib, iki məktəbli həyatını itirib

18.01.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişli rayonu ərazisində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq ölüb.

"Bizim Yol" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью