İmişlidə zəncirvari qəza: 3 nəfər yaralandı

27.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İmişli rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью