İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLAR

24.01.2025

Icma.az bildirir, Shownews saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olub.

Onların fotosunu təqdim edirik:


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью