İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş

10.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov Füzuli Hava Limanının əməkdaşı olub.

Qeyd edək ki, DAF markalı yük avtomobili ilə KIA markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью