İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə alır

21.01.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur. 

Modern.az xəbər verir ki, bu barədə İmişli - Saatlı seçki dairəsindən deputatseçilmiş Səyyad Salahlı məlumat yayıb.

S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə maraqlanıb.

Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью