Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İmişli" heyətini növbəti transferlə gücləndirib.
Apasport.az xəbər verir ki, klub Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadə ilə anlaşıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında uğurlu çıxış edən Bəxtiyar son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.
“Araz-Naxçıvan”da yeni müqavilə - RƏSMİ “Səbail”dən növbəti transfer - RƏSMİ “Qəbələ” braziliyalı futbolçu ilə vidalaşdı “Kəpəz”də növbəti ayrılıq - RƏSMİ MPL: Püşkatma mərasimi keçiriləcək