Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İmişli” mövsüm ərzində qənaətbəxş çıxışla yadda qalsa da, ev oyunlarını doğma meydanda keçirmədiyinə görə xeyli tənqid eşitdi. 1-ci və 2-ci tur matçlarını Şamaxı şəhər stadionunda keçirən Aran təmsilçisi 4-cü turdan etibarən Quba Olimpiya İdman Kompleksinin stadionuna köç etdi.
Bəs, klubun növbəti “futbol ili” üçün planları nədi? Axı böyük ehtimalla yenə Qubada oynamaq mümkün olmayacaq. Bu məsələylə bağlı ətraflı məlumat almaq məqsədilə “pələnglər”in mətbuat xidmətinin rəhbəri Leyla Behbudluya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“İmişlidə stadionun tikintisi ilə bağlı real və məqsədyönlü addımlar atılmaqdadı. Hazırda İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhər ərazisində bir neçə potensial torpaq sahəsinə baxış keçirilir. İlkin layihə çertyojlarına əsasən, stadion kompleksi üçün 5-8 hektar ərazinin ayrılması nəzərdə tutulur. Klubun uzunmüddətli inkişaf strategiyasına uyğun müvafiq addımlar atılır. İrəliləyən vaxtlarda layihə ilə bağlı ictimaiyyətə daha ətraflı və geniş məlumat da təqdim olunacaq”.
KƏNAN BAHADIR