“İmişli”nin baş məşqçi planı

12.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“İmişli”nin “sükanı” müvəqqəti Ervins Perkonsa tapşırılıb.

Futbolpress.az-ın məlumatına görə, komanda onun başçılığı altında çempionatda keçirdiyi 4 matçda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə məğlub olub.

“Turan Tovuz”a və “Şamaxı”ya qalib gələn bölgə təmsilçisi “Kəpəz”ə uduzub, “Sumqayıt”la qolsuz “sülh”ə razılaşıb.

“İmişli” rəhbərliyi latviyalıya azı qışa qədər şans verəcək. Nəticələr stabil olacağı halda, Perkons mövsümün sonuna kimi komandanın “sükanı arxasında” qalacaq.

“Pələnglər” Premyer Liqada 11 turdan sonra 11 xalla 8-ci sırada qərarlaşıb.

Ervins Perkons Azərbaycana gəlməzdən əvvəl Latviyanın “Elqava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.

Çalışdırıcı adıçəkilən komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.

Ervins Perkons fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью