“İmişli”nin baş məşqçisi məlumdu ÖZƏL

30.06.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Jorj Kaşkilya ilə Premyer Liqada qalmağı bacaran (9-cu yer) “İmişli” portuqalla davam etmək fikrindən daşındı. Dünən rəsmən açıqlanan ayrılıq xəbərindən sonra diqqətlər bu posta kimin təyin olunacağındadır.

FutbolPress”in bir müddət əvvəl verdiyi xəbər təsdiqini tapıb – bölgə təmsilçisi yerli mütəxəssislə anlaşıb.

İspaniyalı məşqçi ilə danışıqlar yarımçıq dayandırılıb və Fərid Namazov baş məşqçi təyin olunub. Xatırladaq ki, Namazov 2024/25 mövsümündə I Liqada “pələnglər”ə rəhbərlik edib.

Yeni Pro lisenziyası alan Namazovun məşqçi komandası da məlumdur.

Zamir Həsənov (Son iş yer “Şəfa”)
Elşad Tahirov – (“İmişli”)
Teodor Terziev – (“Araz Naxçıvan”da Elmar Naxşıyevlə işləyib).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью