Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İmişli”nin baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının 13-cü turunda “Şəfa”ya 1:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra komandasının çıxışından narazılığını ifadə edib:
“Belə oyundan sonra deyiləcək çox söz yoxdur. Rəqib oynayırdı, biz isə sadəcə meydanda idik. Onlar mübarizə aparırdılar, biz isə bunu etmirdik. Bütün ikili mübarizələrdə uduzurduq. Hərəkətsiz idik, komandada enerji yox idi. Yarımmüdafiə xətti öz vəzifəsini yerinə yetirmirdi. Əgər böyük klublarla bərabər səviyyədə olmaq istəyirsənsə, belə oyunlar problemə çevrilməməlidir. Amma bunun üçün səy göstərmək lazımdır. Biz isə sanki rəqibin bizə xal hədiyyə edəcəyini gözləyirdik”.