İmişlinin baş məşqçisi: Qapıçı mövqeyindən başqa...

10.01.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birinci Liqa təmsilçisi "İmişli"nin baş məşqçisi Fərid Namazov Sport24.az saytına müsahibə verib. O, komandasının qış planı və transfer çalışmalarından danışıb.

- İkinci dövrə hazırlığına nə vaxtdan başlamısız?
- Dünəndən bir araya gəlmişik. Komandanı tərk edənlər var. Yaranan boşluğu yeni transferlərlə doldurmağı planlaşdırırıq.

- Artıq anlaşdığınız oyunçular var? 
- Danışıq apardıqlarımız var. Hələ münasibəti rəsmiləşdirməmişik deyə, onların adlarını çəkmək istəmirəm. Ancaq komandaya yeni qoşulanlar olacaq. Qapıçı mövqeyindən başqa bütün xəttlər üzrə yeni oyunçular axtarışındayıq.

- Fasilə dönəmində neçə yoxlama görüşü keçirməyi planlaşdırırsız? 
- Yoxlama oyunu keçirəcəyik. Sadəcə, İmişlinin coğrafi mövqey digər rayonlardan uzaqdı deyə, məcburiyyətindən İkinci Liqada çıxış edən "Kür-Araz"la oynayacğıq.

- "İmişli"nin qış fasiləsindən sonra Premyer Liqaya vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Premyer Liqaya vəsiqə qazanmağa iddialıyıq. Düzdür, hazırda liderlə xal fərqi 8-dir. Çalışacağıq aradakı fərqi azaldaq, çempionluq uğrunda mübarizə aparaq.

- Yəqin ki, öz komandanızla yanaşı, çempionatda əsas rəqiblərinizi də diqqətdə saxlayırsız...
- Açığı, rəqiblərimiz haqda çox məlumatım yoxdur. Daha çox öz komandamıza fokuslanmışıq. Sadəcə xəbərlər gəlir ki, onlar da transferlərdə aktivdirlər. Komandalar mövsümün ikinci yarısı üçün heyətlərini gücləndirməyə çalışırlar. Yeni sürprizlər ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью