Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İmişlidə Dövlət Yol Polisi avtomobilinin törətdiyi qəza nəticəsində azyaşlı uşaqların həlak olması və xəsarət alması rayon sakinləri arasında ciddi etirazlar doğurub.
Belə ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən bəlli olub ki, sakinlərim hadisə baş verən əraziyə axını baş verib.
Modern.az olayla bağlı 81 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayevlə əlaqə saxlayıb.Deputat qeyd edib ki, hadisələri yaxından izləyir.
“Hər an köməkçim və digər şəxslərlə əlaqə saxlayıram, medianı da oxuyuram. Ağır faciə baş verib.
Ölənlərə rəhmət, ailələrinə isə səbr diləyirəm. Nəticəni gözləyək.
Daxili İşlər Nazirliyinin də ilkin açıqlaması oldu, növbəti məlumatları da gözləyək, amma təbii ki, çox ağır bir faciədir.
Bu faciə hamımızı sarsıtdı. İmişli sakinləri də, mən də, hamımız şok keçirmişik”.