“İmişli”nin futbolçusu Azərbaycan U 17 millisindən dəvət aldı

02.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“İmişli”nin U-19 komandasında çıxış edən Rəsul Balakişiyev Azərbaycan U-17 futbol millisinə dəvət alıb.

İdman.Biz xəbər verir ki, 17 yaşlı futbolçu milli komandanın təlim-məşq toplanışında və Moldovanın Kişinyov şəhərində keçiriləcək Beynəlxalq Yoldaşlıq Turnirində iştirak edəcək.

Balakişiyev 2026-cı ilin əvvəlində İspaniyanın “Marcet” klubunun formasını geyinib. O, Azərbaycan U-17 millisinin heyətində də çıxış edib. Futbolçu iyulun 1-də Tacikistan U-17 ilə keçirilən yoxlama oyununda fərqlənərək bir qol vurub. Azərbaycan həmin qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib.

Rəsul Balakişiyev “İmişli” U-19-un heyətində də qol sevinci yaşayıb. O, AFFA Gənclər Liqasının 2026/27 mövsümünün ilk turunda “Turan Tovuz” U-19-a qarşı 4:1 hesablı qələbədə komandasının qollarından birinə imza atıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью