“İmişli”nin futbolçusu milli komandada

01.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İmişli” PFK-nın üzvü Zəhra İsmayılova qızlardan ibarət Azərbaycan U-17 milli komandasının heyətinə çağırılıb.

Futbolpress.az xəbər verir ki, gənc idmançı yığmanın Bakıdakı hazırlıq prosesinə qatılıb və beynəlxalq yoxlama oyunları üçün heyətə daxil edilib.

U-17 millimiz avqustun 24-dən 27-dək “Dalğa Arena”da məşqlərini tamamlayıb. Komandamız sentyabrın 2-də Bişkekdəki “Dostuk Arena”da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti sınaq matçına çıxacaq. Tərəflərin avqustun 30-da baş tutan ilk görüşü rəqibin 3:0 hesablı üstünlüyü ilə yekunlaşmışdı.

Qeyd edək ki, bu dəvət İsmayılova üçün ilk deyil. O, daha əvvəl də müxtəlif yaş qrupları üzrə yığmalara cəlb olunub. Fevral ayında U-17 millisi ilə Gürcüstan toplanışında yer alan futbolçu, mayda isə U-16 yığmasının heyətində Bakıda keçirilən UEFA İnkişaf Turnirində mübarizə aparıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью