“İmişli”nin futbolçusundən etiraz FOTO

04.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan futbolunda hakimlərin qərarları və sonradan edilən rəsmi etiraflar müzakirələrə səbəb olmağa davam edir.

Futbolpress.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun FIFA referisi Elçin Məsiyevin “Kəpəz” – “İmişli” matçındakı səhvini etiraf etməsi rezonans doğurub. Komitə sədri qonaq komandanın sayılmayan qolunda heç bir qayda pozuntusunun olmadığını bildirmişdi.

“Futbolpress.az”ın rəsmi “Instagram” səhifəsində bu barədə paylaşılan videoya “İmişli” klubunun futbolçusu Azər Salahlı rəy yazaraq səhfin etiraf olunmasının nəticəni dəyişmədiyini diqqətə çatdırıb:

“Sağolsun, amma nə fayda”.

Futbolçunun bu qısa, lakin sərt reaksiyası qısa müddətdə sosial şəbəkə istifadəçiləri və azarkeşlər tərəfindən geniş müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью