İmişlinin mərkəzində yanğın olub | Icma.az
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. İmişli rayonunda yanğın hadisəsi baş verib.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun mərkəzində yerləşən oyun mərkəzində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 240 kvadratmetr olan binanın ikinci mərtəbəsində başlayan alov anidən güclənib.
Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Alov söndürülüb, binanın birinci mərtəbəsi həmçinin içərisində yerləşən oyun avadanlıqları mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu