“İmişli”nin növbəti sınağı

08.08.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “İmişli” bu gün yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Sumqayıt”ın əvəzedici komandası ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək oyuna saat 17:30-da start veriləcək.

“İmişli” bundan əvvəl yoxlama matçında “Qəbələ”yə (2:3) və “Karvan”a (1:2) uduzub, “Sumqayıt”la heç-heçə edib (0:0).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью