futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli”nin yay hazırlıq planı məlum olub.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq və “İmişli” avqustun 9-dək paytaxtda məskunlaşacaq.
Komanda ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.