“İmişli”yə 10 min 700 manat cərimə

23.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Turan Tovuz”– “Zirə” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” komandasının 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “İmişli” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

20.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

20.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı”– “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

20.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью