Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarus “Dinamo”suna 2:4 hesabı ilə məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Avrokuboklardan kənarda qalsanız, “Neftçi” ilə yollarınızı ayıra bilərsiniz?
– (Gülür) Siz düşünürsünüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. “Neftçi” tarixi klubdur. İdmandır da, birinci məğlubiyyətdən sonra “istefa verəcəksiniz?” deyilməsini görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Cavab oyunumuz var qarşıda. Uda da bilərik. Sizə gülməli gələ bilər, mümkündür. “Dinamo” özü “Sielks”ə uduzdu, sonra uddu. Birinci oyunda uduzanda onların baş məşqçisinə deməmişdilər ki, “istefa verirsiniz?” Bu sualların verilməsi korrekt deyil. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin.
– Azarkeşlərə nə demək istəyərdiniz?
– Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir. Siz də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyil ki...
– Nəyə görə 10 dəqiqədən sonra yarımmüdafiə xətti yox idi “Neftçi”də? Klisman və Emin nə işə baxmalı idilər? Necə pressinq etməli idilər?
– Bu barədə çox danışmaq olar. Sadəcə birinci oturub oyuna baxmaq lazımdır. Görməliyik ki, bizdə nə alınmadı. Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Yuxu alıb, ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır.