futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın futbolçusu Fermin Lopes argentinalı hücumçu Lionel Messinin kluba qayıdışını arzulayır.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı “Goal” nəşrinin sorğusuna cavab olaraq bildirib:
“İmkanım olsaydı, Messini transfer edərdim. Özüm ehtiyatda qalacağımı bilsəm də, onun “Barselona”ya qayıtmasını istərdim”.
Messi 2005-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib. O, hazırda ABŞ-də “İnter Mayami”də forma geyinir.