İmkansızlıqdan heç bir oyuncağım OLMAYIB

25.05.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində uşaqlıq illəri ilə bağlı səmimi etiraflar edib.

Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, çətin həyat şəraiti səbəbindən uşaqlığını tam yaşaya bilməyib:

"Uşaqlığımı tam olaraq yaşamamışam. 15 yaşımdan çalışmışam. Uşaqlıqda oyuncağım olmayıb. Anamın uşaqlığından qalan gəlinciklərlə oynamışam. Dayım qızı ilə daha çox vaxt keçirirdim, onun oyuncaqları ilə oynayırdım".

Sənətçi yaşamadığı uşaqlığı öz övladlarına yaşatmağa çalışdığını vurğulayıb:

"Öz görmədiklərimi övladlarıma yaşatmağa çalışmışam. Mən onlarla uşaqlıq yaşamışam, onlarla böyümüşəm. Oğlum oyuncaq maşınları çox sevirdi. Hər mağazaya girəndə yenə istəyirdi, alırdım. Bilirdim ki, bir neçə ildən sonra məndən oyuncaq istəməyəcək. Mən tək qadın olaraq Allahın köməyi ilə övladlarımı böyütmüşəm".

Müğənninin duyğusal açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью